XƏBƏRLENTİ

xeberlenti.com

Deputat sakinlərlə görüş keçirdi

Prezident İlham Əliyevin vətəndaşlarla mütəmadi təmasda olmaq tapşırığına uyğun olaraq Bərdə rayonunun Birinci Qazaxlar kəndində sakinlərlə növbəti görüş keçirilib.

Milli Məclisin deputatı Fatma Yıldırım rayon sakinləri üçün növbəti səyyar qəbul keçirib.

Qəbul zamanı seçicilərin çoxsaylı müraciətləri dinlənildi. Müraciətlər əsasən suvarma suyu təminatının yaxşılaşdırılması, kabelləşmə, yol infrastrukturunun yaxşılaşdırılması, rabitə, yeni məktəb binasının tikintisi, sosial müdafiə məsələlərini əhatə edib.

Sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri qəbulda iştirak etmişdir. Bəzi məsələlərin yerində həll edilməsinə nail olundu.

About Author