Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan İlkin Yusif oğlu Qarayev ilə Samux rayonu Seyidlər kəndində vida mərasimi keçirilir.
Vida mərasimində şəhidin yaxınları, hərbçilər, Samux rayonun idarə və təşkilat rəhbərləri, polis əməkdaşları və sakinlər iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra şəhid Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, İlkin Qarayev doqquz ayın əsgəri olub. O, sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.