Ən doğru qərar Zəngəzur dəhlizinin açılmasıdır.
Bunu Türkiyənin nəqliyyat və kommunikasiya naziri Əbdülqədir Uraloğlu ölkə mətbuatına açıqlamasında deyib.
“Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfi ilə müzakirələr davam edir. Amma əgər Ermənistan buna razı olmasa, biz İrandan keçən alternativ yolu açacağıq. İranla bu məsələ barədə təmaslarımız davam edir. Xatırladım ki, Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı bu məsələ də müzakirə olunmuşdu”, – nazir bildirib.