XƏBƏRLENTİ

xeberlenti.com

Komitə rəsmisi: “Azərbaycanda qadın hüquqları ilə bağlı 200-dək QHT var, amma sənədlərdən məlumatları yoxdur”

“Azərbaycanda qadın hüquqları ilə bağlı 200-ə yaxın QHT mövcuddur, amma bu təşkilatlar o qədər fəal, fəaliyyətləri də o dərəcədə keyfiyyətli deyil”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O qeyd edib ki, bəzi təşkilatlar qadın hüquqları sahəsində fəaliyyətlərin asan olduğunu düşünürlər.

“Lakin onların çoxunun BMT-nin qadın və uşaq hüquqları ilə bağlı sənədlərindən, dövlət qanunlarından xəbərləri yoxdur. QHT-lərin qrant almaq üçün təqdim etdikləri layihələri oxuyuruq, çatışmazlıqlar var. Onlar bir sıra sənədlərdən məlumatsızdırlar”, – T.İbrahimova vurğulayıb.

About Author