Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Tehrana səfər edəcək.
Bu barədə “Nour News” portalı məlumat yayıb.
Bildirilib ki, X.Xələfov İranın bir sıra yüksək rütbəli rəsmiləri ilə görüşməyi və onlarla regiondakı vəziyyəti müzakirə etməyi planlaşdırır. Onun kiminlə görüşəcəyi barədə məlumat verilmir.