“Fransanın erməni sakinlərinin məcburi köçürülməsi ilə bağlı iddiaları BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatları ilə ziddiyyət təşkil edir”
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iddialarına cavabında deyib.
“Fransa azərbaycanlılara qarşı kütləvi deportasiyalar, hərbi cinayətlər və qırğınları heç vaxt diqqətə almayıb”, – deyə A.Hacızadə əlavə edib.