Azərbaycan Prezidenti İlham Əliyev İspaniyaya səfər etməkdən imtina edib.
Bu barədə məlumatı “Caliber” öz teleqram kanalında paylaşıb.
“Mənbələrimiz bu məlumatı təsdiq edir. Buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Fransa və Almaniyanın görüşdə Türkiyənin iştirakına razı olmamaqlarıdır. Bu şərtlər daxilində Azərbaycan tərəfi danışıqların keçirilməsindən imtina edib”, deyə məlumatda bildirilib.