XƏBƏRLENTİ

xeberlenti.com

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstan həbsxanalarında 100 Azərbaycan vətəndaşı saxlanılır.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin cari ilin avqust ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 13-ü qadın, 87-si isə kişidir.

Həbsdə olanlardan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlandır. Məlumata görə, həbsdə olan Azərbaycan vətəndaşlarından 17-nə qarşı ittiham irəli sürülüb, 83-si barəsində isə hökm oxunub.

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 49 nəfər təşkil edib. Onlardan 22-si Tbilisidə, 12-si Kvemo-Kartlidə (Borçalı), 3-ü Kaxeti, 11-i isə Acarıstan-Quriya, 1-i isə Sameqrelo-Zemo Svaneti bölgəsindədir.

Gürcüstan həbsxanalarında hazırda 41 İran, 31 Ermənistan, 120 Rusiya, 213 Türkiyə və 47 Ukrayna vətəndaşı olmaqla ümumilikdə 761 əcnəbi saxlanılır.

About Author