Son bir həftə ərzində Yaponiyada istilər səbəbindən ən azı 763 nəfəri gün vurub, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, bu, həmin dövr üçün rekord göstəricidir.
Xəstəxanaya yerləşdirilənlərdən birinin dünyasını dəyişdiyi, 202 nəfərin vəziyyətinin orta ağır olduğu bildirilir. Oxşar simptomlarla xəstəxanalara müraciət edənlərin təxminən yarısı 65 yaşdan yuxarı insanlardır.