XƏBƏRLENTİ

xeberlenti.com

Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının Şuşadakı iclasına qatılacaq

Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək.

Bu barədə  XİN-dən bildirilib.

Qeyd edilbi ki, tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov iştirak edəcək.

“Tədbir zamanı nazir Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanat ilə çıxış etməsi nəzərdə tutulur”, – məlumatda vurğulanıb.

About Author