Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Yeşilyurt rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.