XƏBƏRLENTİ

xeberlenti.com

Müharibələrdə səssiz atəşin üstünlükləri

Xəbərlenti.com-un bu dəfə ki müsahibi Baku Media Mərkəzinin fotoqrafı, Azərbaycan Fotoqraflar birliyinin idarə heyətinin üzvü Bakı Dövlət Universitetinin müəllimi Vüqar İbadovdur.  Vüqar bəy 2007-ci ildən bu işlə məşğuldur.  İşə Aviasiya hərbi hava qüvvələrinin çəkilişi ilə başlayıb. Həmçinin, Poliqon, parad tədbirlərində iştirak edib.

Müsahibim deyir ki ,istənilən şəxs fotoqrafiyanın müəyyən bir sahəsini seçib uğur qazana bilər. Amma fotoqraf olmağın da öz çətinlikləri var.Hərbi fotoqrafiya sənətinin isə  daha çox problemləri var.

Onun sözlərinə görə, hərbi sahəni seçə  bilərsən, ancaq bu o demək deyil ki, sən  peşəkar hərbi fotoqraf ola bilərsən? Bu sahənin özünəməxsus xüsusiyyətləri var.

-Hərbi fotoqraf olmaq üçün nələri bilmək lazımdır?

Ən əsas soyuqqanlı olmalısan. Əgər hisslərə qapıldınsa, bunun  sonu yaxşı olmur.

Münaqişə zonasına getməzdən əvvəl həmin torpaqların tarixini, kimə aid olduğunu araşdırmalısan. Elə Qarabağ müharibəsini götürək. Düz 30 il torpaqlarımız  işğal altında idi və düşmən bu ərazilərə kifayət qədər mina yerləşdirmişdi. Ona görə də fotoqraf onu konflikt zonasına aparan qurumun, təşkilatın  təyin etdiyi trayektorialar üzrə hərəkət etməli, kənara çıxmamalıdır. Yolda gördüyü heçnəyə toxunmamalıdır.Hər hansı bir şunur və yaxud da diqqətini çəkəcək sürpriz bir oyuncaq filan gördükdə qəti şəkildə əl vurmamalıdır. Çünki bunlar hamısı real təhlükədir. Əsas məqamlardan biri də geyimdir. Geyim ərazinin rənginə uyğun olmalıdır. Meşəlik ərazilərdə daha çox yaşıl, tünd zeytun rəngli geyimlərə, Zəngilan, Qubadlı kimi  ərazilərdə isə tünd tonlarında geyimlərə üstünlük verilməlidir. Bu sənə düşmən tərəfindən seçilməməyə kömək edəcək. Yox əgər sən ağ, qırmızı kimi rənglərdən istifadə etsən asanlıqla düşmənin hədəfinə çevriləcəksən.

Qırmızı xətti keçmək , daha təhlükəlidir.Elə deyilmi?

Mən həmişə öz sərhədlərimi qorumağı bacarmışam. Yaşıl, sarı, qırmızı xətlər var. Yaşıl xətdən sarıya keçmişəm, amma heç vaxt sarı xətdən qırmızıya keçməmişəm. Çünki qırmızı xətti keçsən, geri dönüş yoxdur.

44 günlük vətən müharibəsində iştirak edən fotoqraf deyib ki, onlara təklif edilən yerlərə qədər- sarı xəttə kimi irəliləyib, fotolar çəkib.

Məndə bu müharibədə öz köməyimi çəkdiyim fotolarla göstərmək istəmişəm.

Cəbhədə müharibə başqadır, informasiya müharibəsi isə  tamam başqadır. Müsahibimiz bildirir ki,bu fotoları görən  erməni hərbiçiləri  o zəhmi görür, qorxur və əsgərlikdən yayınmağa çalışır,qaçır.

Bunun özüdə bir mübarizə metodudur bunun özüdə bir atəşdir. Biz də səssiz atəş açırıq.

Ən böyük istəyim “ Tarix yenidən təkrarlanır” fotosunun Xankəndində heykəlinin qoyulmasıdır.

Bu foto mənim ideyamdır. Bu ideyanı həyata keçirdiyimiz vaxt müharibə hələdə davam edirdi. Bu şəklin isə mənası isə odur ki,Azərbaycan ordusu qələbə çaldı.

Ən güclü silah təbliğatdır.

Gənclərin hərbi vətənpərvərlik ruhunu  yüksəltmək üçün belə şəkillərə  daha çox üstünlük vermişəm.

Bir çox yerlərdə paylaşılan  bu şəkillərin müəllifi Vüqar İbadovdur.

About Author