Bu gün Beynəlxaq qızlar günüdür.2011-ci ildə BMT Baş Assambleyasının verdiyi təklifə əsasən 2012-ci ildən etibarən 11 oktyabr “Beynəlxaq qızlar günü” kimi qeyd edilir.Bu günün əsas məqsədi diqqəti hüquqları əllərindən alınan, ayrı seçkiliyə, istismara məruz qalan, ağır məişət şəraitində yaşayan qızlara yönəltməkdir.Çünki bəşəriyyət yarandığı ilk gündən qızlar ayrı seçkiliyə məruz qalmışlar.Müasir dövrdə qızların hüquqlarının pozulmasının əsas göstəricisi erkən nigahdır.Hər il dünyada milyonlarla qız uşağı erkən nigaha cəlb edilir.Bu proses daha çox inkişaf etməkdə olan ölkələrdə baş verir.Qızlar yaşadıqları icmanın ənənəvi davranış motivlərini davam etdirir.Bu motivlərə mental dəyərlər iqtisadi davranış din daxildir.Hər bir patriarxat ənənənlərə söykənən ölkələrdə oğlanlara qızlara nisbətən daha çox üstünluk verilir.Gender normaları qızların ictimai məkanlara çıxışını məhdudlaşdırır.Təxminən 5 qızdan 1-i orta məktəbi bitirə bilmir.15-19 yaş aralığında ailə həyatı quran qızlar öz partnyoru tərəfindən fiziki zorakılığa məruz qalır,öldürülür.
Qızların hüquqlarını təmin etməyində əsas rol təhsildir.Çünki təhsil alan hər bir qızın düşüncə qabiliyyəti artır dünyagörüşü dəyişir onun potensial gəliri 20-30 faiz artır.Buda yoxsulluq səviyyəsinin azalmasına qızların öz rifah şəraitlərini yüksəltməsinə səbəb olur.Yalnız belə bir cəmiyyətdə biz inkişafdan danışa bilər gender bərabərliyini əldə etmiş olarıq.
Çinarə Hüseynova