XƏBƏRLENTİ

xeberlenti.com

Blinken İordaniyaya getdi, Fələstin Prezidenti ilə görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken İsraildən sonra İordaniyaya rəsmi səfər edib.

Blinken paytaxt Əmmanda İordaniya kralı II Abdulla və Fələstin Prezidenti Mahmud Abbasla görüşlər keçirəcək.

Qeyd edək ki, Fələstin Prezidenti oktyabrın 12-si İordaniyaya səfər edib və II Abdulla ilə danışıqlar aparıb. Blinken isə, öz növbəsində, həmin gün İsraildə ölkənin Baş naziri Benyamin Netanyahu və digər dövlət rəsmiləri ilə görüşlər keçirib.

Xatırladaq ki, ABŞ dövlət katibi Yaxın Şərqə səfəri çərçivəsində, həmçinin Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Misirə də yollanacaq.

About Author