İşğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb.
Xeberlenti.com “Qafqazinfo” xəbər verir ki, hadisə Füzuli rayonu Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.
Mina partlayışı nəticəsində mülki şəxslərdən biri hadisə yerində ölüb, digəri isə ağır xəsarət alıb.
Hazırda ərazidə təhlükəsizlik və təxliyə tədbirləri görülür.
Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə yaydığı məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində “Qazel” markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub.
“Kamaz” tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.