XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycanda zəlzələ oldu

Xeberlenti.com xəbər verir ki, bu  barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:37-də Şamaxı-Qobustan sərhədində 3,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Təbiət hadisəsi hiss olunmayıb.

Qeyd edək ki, oktyabrın 15-də yerli vaxtla saat 06:01-də Lənkəran stansiyasından 23 km qərbdə, Lerik rayonunda da 3,6 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb

About Author