XƏBƏRLENTİ

xeberlenti.com

Füzuli rayonunun işğaldan azad olunması günü münasibəti ilə tədbir keçirildi.

Bakı şəhəri Xətai rayonunda müvəqqəti yerləşən Füzuli rayonu 46 saylı tam orta məktəbdə 17 oktyabr Füzulinin azad edilməsi günü ilə bağlı sözügedən məktəbin direktoru Firuzə Alızadə -nin təşəbbüsü, müəllim və şagirdlərin iştirakı ilə tədbir keçirildi.
Hərbi ekspert, polkovnik Şair Ramaldanov,  Vətən Müharibəsi iştirakçısı Zaur Kazımov və Təhsil Formunun üzvləri qonaq qismində iştirak etdilər. Məktəb şagirdlərinin böyük həvəs və bacarıqla hazırladığı səhnəciklər hər kəsdə xoş ovqat yaratdı.  Məktəblilər Füzulinin azad olunması sevincini ürəkdən yaşayaraq, qurduqları səhnəciklərdə bunu tədbirdə iştirak edən qonaqlara da əyani göstərə bildilər. Çox yüksək səviyyədə hazırlanan və qürur, sevinc ovqatlı tədbir istedadlı şagirdlərin fonunda daha da maraq kəsb etdi. Qonaqlar, Polkovnik Şair Ramaldanov, şair Seyran Səxavət, ehtiyyatda olan zabit Zaur Kazımov, Təhsil Formunun üzvü  Aynure Abdullayeva çıxış edərək, gələcəyimiz olan Vətən övladlarına dəyərli tövsiyyələr verdilər. Nitq söyləyən hər kəs tarixi qələbəmizə görə, Ali Baş Komandan İlham Əliyevə, Vətən uğrunda canlarını fəda edən Şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu xüsusi vurğuladılar.

Maraqlı və gözəl tədbirə məni də dəvət etdiyi üçün 46 saylı məktəbin direktoru Firuzə Alizadəyə təşəkkürümü bildirir və gələcək fəaliyyətində bol-bol uğurlar arzulayıram.

Hüseyn Mahmudov

About Author