XƏBƏRLENTİ

xeberlenti.com

Predzident İlham Əliyevin Xankəndi Zəfəri

Azərbaycan xalaqı bu gün elə bir sevinnc  yaşayır  ki, onun miqyasını təsəvvür etmək belə  çətindir. Xalqın özünəinamının qayıtması, insanların əhval-ruhiyyəsinin yüksək olması, ordu və xalq vəhdəti,  Ali Baş  Komandana  olan sevgi, inam  və bütün çətinliklərin geridə qalması  ən böyük  xoşbəxtlikdir. Sözün əsl mənasında  Prezident  İlham Əliyev Qarabağda zəfər dastanı yazdı… Bəlkə, çoxları bu şanlı Qələbənin  belə  uğurla,  məqsədyönlü və gözlənilmədən olacağını təsəvvür  belə  edə bilməzdi.  Ancaq bu reallıqdır, bu gün Azərbaycan öz suverenliyini  tam bərpa  etmişdir, üçrəngli bayrağımız Vətən torpağında  qürurla, vüqarla , şərəflə dalğalanır.  Bu naliyyətlərə görə biz  qəhrəman oğullarımıza və  Müzəffər Ali baş Komandana  borcluyuq.

15 oktyabr  2023-cü il tarixi bir  gündür. 20 il bundan əvvəl Prezident  seçilmiş  İlham Əliyev  doğma xalqına müraciət edərək söz vermişdir ki,  Azərbaycan xalqının  və Azərbaycan dövlətinin  milli maraqlarını müdafiə edəcək  və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. İyirmi il bundan əvvəl  Prezident ckimi öz  vəzifə cborcunu yerinə yetirməyə başlayan  Dövlət başçısı qarşısına  bir nömrəli vəzifə qoymuşdur ki,  Azərbaycan bayrağı  o vaxt işğal altındac olan  bütün ərazilərdə, cbütün torpaqlarda,  bütün şəhər və kəndlərdə qaldırılsın. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya  miqyasında   özünə layiq yer tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları  nəinki bölgədə,  daha da  böyük məna daşıyır. Son iyirmi  ilə nəzər yetirsək uğurlarımız  göz qabağındadır. İqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq  üçün  güclü iqtisadiyyatın və güclü ordunun olması  vacib məqsədlərdəndir.  Üç il bundan əvvəl  Vətən müharibəsi zamanı  cəmi 44 gün ərzində  düşməni  kapitulyasiya  aktına imza  etməyə məcbur etdik,  eyni zamanda , keçən ay  cəmi 23 saat  davam edən antiterror tədbirləri  bizim  gücümüzü  göstərdi və düşmənin ağır məğlubiyyətinin şahidi olduq.

Bu gün  Azərbaycan bayrağı Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə  dalğalanır,  dövlət gerbimiz  Xankəndinin mərkəzində  yerləşən inzibati  binanı bəzəyir. Bu, böyük xoşbəxtlikdir  və tarixi hadisədir.  Bu Qələbə bizim  tariximizdə əbədi yaşayacaq. Bizdən sonra  gələn nəsillər  bu Qələbə  ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Biz həm də ona görə xoşbəxtik ki,  bu gün Xankəndidə dalağalanan bayrağımız Ulu öndər  Heydər Əliyevin  100 illiyi ərəfəsində  mümkün olmuşdur.  Məhz Ulu öndərin təşəbbüsü  ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün  1976- cı ildə Sərsəng  su  və  Suqovuşan su  anbarları  inşa edilmişdir. O vaxt böyük   investisiyalar qoyulmuşdu . Ağdamdan Xankəndiyə  dəmir  yolu çəkilmişdi, burada ali məktəb yaradılmış  və Xankəndidə bu gün olan  binaların mütləq əksəriyyəti  məhz o illərdə inşa edilmişdir.  Kənd  təsərrüfatı inkişaf edirdi.  O vaxt təkcə  keçmiş  Dağlıq  Qarabağ Muxtar Vilayəti  100 min tondan  çox  üzüm  tədarük  edirdi. Ulu öndər Heydər Əliyev  sovet Azərbaycanında  rəhbərliyə gələndən sonra  Qarabağda o vaxta qədər olmuş  bəzi millətçi qüvvələr  tamamilə kənara çəkilmişdi. 1969- cu ildən 1982- ci ilə qədər  birdənə də xoşagəlməz hadisələrə rast  gəlinməmişdi.  Müstəqilliyin  ilk  illərində  Azərbaycanın dövlət  müstəqilliyini  qoruyan məhz  Ulu öndər Heydər Əliyev olmuşdur. Ulu öndər Heydər Əliyevin  dühası, onun siması,  Heydər Əliyev amili  Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu öndəri  Xilaskar adlandırırıq.

Azərbaycan  xalqının onilliklər  ərzində olan  arzuları  çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu.  Biz  ərazi bütövlüyümüzü bərpa etmişik, suverenliyimiz  bütün işğaldan azad olunan ərazilərdə  təmin etmişik . Ermənistanı revanşist qüvvələri reallığı  qəbul etməlidir. Bizim bayrağımız  Xankəndidə  dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar ! Əgər Ermənistanda  yenə də hansısa qüvvə  revanş haqqında  düşünərsə,  onlar öz aqibətlərini düşünsünlər.  Prezident  İlham  Əliyevin dəmir yumuruğu  yerindədir, istənilən təxribatın və təcavüzkar  siyasətin qarşısını almağa qadirdir.

Yaşasın müstəqil Azərbaycan və Müzəffər Ali Baş Komandan!

Mürvət İbrahimov,

                 Bakı şəhəri  Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi

 

                                                                     

About Author