Azərbaycan xalaqı bu gün elə bir sevinnc yaşayır ki, onun miqyasını təsəvvür etmək belə çətindir. Xalqın özünəinamının qayıtması, insanların əhval-ruhiyyəsinin yüksək olması, ordu və xalq vəhdəti, Ali Baş Komandana olan sevgi, inam və bütün çətinliklərin geridə qalması ən böyük xoşbəxtlikdir. Sözün əsl mənasında Prezident İlham Əliyev Qarabağda zəfər dastanı yazdı… Bəlkə, çoxları bu şanlı Qələbənin belə uğurla, məqsədyönlü və gözlənilmədən olacağını təsəvvür belə edə bilməzdi. Ancaq bu reallıqdır, bu gün Azərbaycan öz suverenliyini tam bərpa etmişdir, üçrəngli bayrağımız Vətən torpağında qürurla, vüqarla , şərəflə dalğalanır. Bu naliyyətlərə görə biz qəhrəman oğullarımıza və Müzəffər Ali baş Komandana borcluyuq.
15 oktyabr 2023-cü il tarixi bir gündür. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. İyirmi il bundan əvvəl Prezident ckimi öz vəzifə cborcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan bayrağı o vaxt işğal altındac olan bütün ərazilərdə, cbütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yer tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük məna daşıyır. Son iyirmi ilə nəzər yetirsək uğurlarımız göz qabağındadır. İqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və güclü ordunun olması vacib məqsədlərdəndir. Üç il bundan əvvəl Vətən müharibəsi zamanı cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza etməyə məcbur etdik, eyni zamanda , keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və düşmənin ağır məğlubiyyətinin şahidi olduq.
Bu gün Azərbaycan bayrağı Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə dalğalanır, dövlət gerbimiz Xankəndinin mərkəzində yerləşən inzibati binanı bəzəyir. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi yaşayacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Biz həm də ona görə xoşbəxtik ki, bu gün Xankəndidə dalağalanan bayrağımız Ulu öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində mümkün olmuşdur. Məhz Ulu öndərin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976- cı ildə Sərsəng su və Suqovuşan su anbarları inşa edilmişdir. O vaxt böyük investisiyalar qoyulmuşdu . Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmişdi, burada ali məktəb yaradılmış və Xankəndidə bu gün olan binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 100 min tondan çox üzüm tədarük edirdi. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. 1969- cu ildən 1982- ci ilə qədər birdənə də xoşagəlməz hadisələrə rast gəlinməmişdi. Müstəqilliyin ilk illərində Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Ulu öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu öndəri Xilaskar adlandırırıq.
Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz ərazi bütövlüyümüzü bərpa etmişik, suverenliyimiz bütün işğaldan azad olunan ərazilərdə təmin etmişik . Ermənistanı revanşist qüvvələri reallığı qəbul etməlidir. Bizim bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar ! Əgər Ermənistanda yenə də hansısa qüvvə revanş haqqında düşünərsə, onlar öz aqibətlərini düşünsünlər. Prezident İlham Əliyevin dəmir yumuruğu yerindədir, istənilən təxribatın və təcavüzkar siyasətin qarşısını almağa qadirdir.
Yaşasın müstəqil Azərbaycan və Müzəffər Ali Baş Komandan!
Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi