XƏBƏRLENTİ

xeberlenti.com

İcma: Avstraliya Azərbaycana “öyüd-nəsihət” verəcək axırıncı ölkələrdən biri ola bilər

“Qərbi Azərbaycan İcması Avstraliya hökumətinin 2023-cü il oktyabrın 17-də verdiyi anti-Azərbaycan açıqlamasını rədd edir”.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilib.

Bildirilib ki,  onların hüquqlarını tanımayan, vaxtilə BMT-nin Yerli xalqların hüquqları üzrə bəyannaməsinin əleyhinə səs vermiş nadir dövlətlərdən biri olan, saxta ittihamlarla İraqın işğalında iştirak etmiş Avstraliya Azərbaycana “öyüd-nəsihət” verəcək axırıncı ölkələrdən biri ola bilər.

“Bu günlərdə aborigen xalqların konstitusion hüquqlarının tanınmasının əleyhinə səs vermiş bir ölkənin Azərbaycandan “gözləntilər”i, BMT-nin İnsan Hüquqları Şurasında özü düşüncəsində olan ölkələrə qoşularaq Azərbaycana qarşı çıxış etməsi riyakarlıqdan başqa bir şey deyildir. Avstraliya belə zərərli bəyanatlar vermək əvəzinə, aborigenlerlə barışıq istiqamətində real addımlar atmalıdır. Avstraliya ölkələrə və məsələlərə dini və etnik simpatiya əsasında yanaşmağa və səlibçi mentalitetinə son qoymalıdır”, – bəyanatda vurğulanıb.

About Author