Rusiyadakı səfir İsrail ordusunun sözçüsü polkovnik-leytenant Riçard Hecht daha əvvəl bildirib ki, ordu Qəzzada quru əməliyyatı ilə bağlı hələ yekun qərar qəbul etməyib.
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi onlayn brifinqdə bildirib ki, İsrail Qəzza zolağında quru əməliyyatı keçirmək variantından imtina etmir, onun başlama vaxtı ilə bağlı qərarı hərbçilər verəcək.”Hər kəs həmişə quru əməliyyatı olub-olmayacağını soruşur. Müharibə şəraitində müxtəlif əməliyyatlar, o cümlədən quru əməliyyatları ola bilər. Ona görə də biz bunu, əlbəttə ki, istisna etmirik. Nə vaxt olacağına qərar verməyi hərbçilərimizin öhdəsinə buraxırıq. , hərbi hissələr nə vaxt hazır olacaq, nə vaxt bunu etmək bizim üçün əlverişli olacaq”, – deyə o bildirib.İsrail ordusunun sözçüsü polkovnik-leytenant Riçard Hecht daha əvvəl bildirib ki, ordu Qəzzada quru əməliyyatı ilə bağlı hələ yekun qərar qəbul etməyib.Oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə qəfil hücumu nəticəsində Yaxın Şərqdə gərginlik yenidən alovlanıb. HƏMAS bu hücumunu İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Əl-Əqsa məscidinə qarşı təcavüzkar hərəkətlərinə cavab kimi qiymətləndirib. İsrail Qəzzaya, eləcə də Livan və Suriyanın bəzi rayonlarına raket zərbələri endirdiyi üçün Qəzza zolağının tam blokadaya alındığını elan edib.
Mənbə:Tass