XƏBƏRLENTİ

xeberlenti.com

Von der Leyen: Qəzzada xəstəxananı vuranlar məsuliyyətə cəlb olunmalıdır

“Qəzzada xəstəxananın vurulması ilə bağlı bütün faktlar ortaya qoyulmalı və bunu törədənlər məsuliyyətə cəlb olunmalıdır”.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentində çıxışında deyib.

 

“Dünən gecə törədilən faciə bizim hamımızı şoka saldı. Yüzlərlə yaralı insanın sığındığı Qəzzadakı xəstəxana cəhənnəm alovuna çevrildi. Xəstəxanadan gələn görüntülər dəhşətlidir. Mülki şəxslərlə dolu olan bir xəstəxananı vurmaq üçün heç bir bəhanə ola bilməz. Bütün faktlar ortaya qoyulmalı və bunu törədənlər məsuliyyətə cəlb olunmalıdır. Biz mülki əhalini qorumaq üçün səylərimizi ikiqat artırmalıyıq”, – Ursula von der Leyen vurğulayıb.

Xatırladaq ki, oktyabrın 17-də Qəzza zolağında Əl-Əhli xəstəxanasının vurulması nəticəsində ölən və yaralananların sayı 800-ə çatıb. Xəstəxananın vurulmasına görə İsrail və HAMAS bir-birini ittiham edir.

About Author