XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ, İsrail və Qətərin 50 girovun azad edilməsi üçün “HƏMAS” ilə apardığı danışıqlar nəticəsiz qalıb.

“Wall Street Journal” öz mənbələrinə istinadən bildirir ki, bu məsələni yaraqlılarla müzakirə etmək çətindir.

Razılaşmaya gəldikdə isə şərtlər arasında:

▪️ müvəqqəti atəşkəs,
▪️ İsrailin Qəzza zolağına su nəqlini bərpa etməsi,
▪️ anklava humanitar yardımın çatdırılmasının intensivləşdirilməsi olub.

ABŞ dövlət katibi Antoni Blinken çağırış edib və “HƏMAS”ın əsir götürdüyü insanların geri qaytarılmasına töhfə verəcəksə, Vaşinqtonun birgə işləməyə hazır olduğunu bildirib.

İsrail ordusunun məlumatına görə, “HƏMAS”ın Qəzza zolağında saxladığı girovların təsdiqlənmiş sayı 203 nəfər olub.

Lakin qeyd edilib ki, bütün qaçırılan şəxslərin dəqiq yeri hətta “HƏMAS”a da məlum deyil.

About Author