Azərbaycan və Ermənistan ətrafındakı vəziyyət bu gün Lüksemburqda keçirilən Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin iclasında müzakirə olunmayıb.
Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsi gələn ay keçiriləcək görüşə qədər təxirə salınıb.
Bildirilir ki, müzakirənin bu gün təxirə salınmasının səbəbi iclasda Yaxın Şərqdəki vəziyyət – İsrail və HAMAS arasındakı müharibə və Rusiya-Ukrayna müharibəsini müzakirə olunmasıdır.