XƏBƏRLENTİ

xeberlenti.com

Gəncədə “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” adlı elmi – praktiki konfrans keçirilib

19 oktyabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi – praktiki konfrans təşkil olunub. Konfrans “Bakı Politoloqlar Klubu”nun Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstək güdən layihəsi çərçivəsində baş tutub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Gəncə şəhəri təşkilatının dəstəyi və təşkilatçılığı ilə reallaşıb.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə, Musa Quliyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, Qərbi Azərbaycan İcmasının Gəncə təşkilatının rəhbəri Mübariz Yusifov, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Prezident İlham Əliyevin Qərbi Azərbaycan siyasəti ilə bağlı videoçarx nümayiş olunub.
Niyazi Bayramov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Qərbi Azərbaycan məsələsini daim diqqətdə saxlayıb. Şəhər rəhbəri mövzunun aktuallığına toxunaraq bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini vurğulayıb. Niyazi Bayramov ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusu üzrə ardıcıl işlərin görülməsinin vacibliyini də qeyd edib.
Zaur Məmmədov “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” layihəsinin məqsədləri haqqında auditoriyanı məlumatlandırıb. O, “Tarixi Azərbaycan torpaqlarına qayıdış – milli prioritetimizdir : Prezident İlham Əliyevin Qərbi Azərbaycan hədəfi” mövzusunda geniş çıxış edib.
Konfransda çıxış edən natiqlər Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin fəalliyyətindən, Azərbaycan torpaqlarının qeyri – qanuni şəkildə ermənilərə verilməsindən, qayıdış prosesində Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıblar. Bununla yanaşı, Qərbi Azərbaycanla bağlı xatirələrindən və azərbaycanlıların deportasiyası vaxtı erməni milliyyətçilərinin vandallıqlarından bəhs olunub.
Konfransda həmçinin, “Qərbi Azərbaycan : tarixi – siyasi aspektlər” adlı məqalələr toplusu tədbir iştirakçılarına təqdim edilib.
Sonda xatirə şəkli çəkdirlib.

About Author