İsrail-Həmas müharibəsində həyatını itirən jurnalist sayı hər keçən gün artır.Jurnalistləri qoruma komitəsi tərəfindən edilən açıqlamada, İsrail Fələstin müharibəsinin jurnalistlərin həyatına ciddi dərəcədə təhlükə yaratdığı bildirildi.
7 oktyabrdan bu yana 23 jurnalistin həyatını itirdiyi bildirildi.Açıqlamada həyatını itirən jurnalistlərin 19 –nun Fələstənli ,3-nün İsrailli ,və 1 jurnalistin də livanlı olduğu məlumatı paylaşılarkən, hücumların başlandığı gündən bu yana 8 jurnalistin yaralandığı , 3 jurnalistdən isə bu günə qədər xəbər alınmadığı bildirildi.
CPJ-nin Yaxın Şərq və Şimali Afrika koordinatoru Şərif Mənsur da “Jurnalistlər böhran dövründə mühüm işlər görən mülki şəxslərdir və müharibə edən tərəflərin hədəfinə çevrilməməlidir” dedi.
Mənsur dünyanın hər yerindən jurnalistlərin “ürək parçalayan” münaqişə ilə ünsiyyətdə olmaq üçün verdikləri böyük fədakarlıqları və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.