XƏBƏRLENTİ

xeberlenti.com

Ağciyərləri tamamilə təmizləyir

Mütəxəssislər ağciyər sağlamlığı üçün müəyyən qidaların qəbul edilməsinin vacibliyini vurğulayırlar. Bir çox xəstəliklərdən qorunmaq üçün qidalanmamıza diqqət etmək lazımdır. Mütəxəssislərin fikrincə, bəzi qidalar ağciyərləri gücləndirir. Təbii antibiotik olan sarımsaq, tərkibindəki çoxlu antioksidant maddələr sayəsində ağciyərlərin tam gücü ilə işləməsini təmin edir və ağciyər xərçənginə qarşı qoruyucu təsir göstərir.

Kəklikotunun  tərkibindəki efir yağları sinə tıxanıqlığına qarşı təsirlidir. Öskürək və yuxarı tənəffüs yollarının iltihabına qarşıdır, antibakterial xüsusiyyətləri sayəsində bakteriya əmələ gəlməsinin qarşısını alır.

Qara kök öskürək üçün xeyirlidir və bəlğəm gətirir. Tərkibindəki vitamin və minerallar sayəsində güclü antioksidantdır və ağciyər xərçəngi riskini azaldır.

Üzüm çəyirdəyi isə tərkibindəki resveratrol maddəsi ilə sərbəst radikallarla mübarizə apararaq ağciyərləri qoruyur. Xüsusilə xərçəng əleyhinə təsir göstərir. Üzüm çəyirdəkləri çeynəyərək yeyilməlidir.

 

About Author