Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 9,7% artırılaraq 246 manatdan 270 manata qaldırılır.
Bu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.