“Son 200 ildə ermənilər Cənubi Qafqaza köçürüləndən etnik təmizləmə ilə məşğul olublar”.
Bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisdə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deyib.
O bildirib ki, bu etnik təmizləmə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların adını tarixdən silməklə müşahidə olunub:
“İrəvan qalası işğal altında düşəndən dərhal sonra ermənilər oradakı Rəcəb Paşa məscidini Fransızlar kilsəsinə çevirdilər. Həmçinin digər məscidlərimiz də dağıdılıb, Göy məsciddən başqa heç birinin izi-tozu yoxdur. Ötən əsrin əvvəllərindən ermənilər rəsmi şəkildə toponimlərimizin dəyişdirilməsinə başlayıblar və bu proses bu gün də davam edir. Ermənilər bir-iki dəfə dəyişdirdikləri adları bir də dəyişdirərək tarixi izləri itirməyə çalışırlar. Hər dəfə araşdırdıqda yeni adlar üzə çıxır”.