İsrail adı artıq Çinin texnologiya nəhənglərinin onlayn rəqəmsal xəritələrində görünmür. Sözügedən xəritələrdə İsrail axtarışları nəticəsiz qalır. İsrailin Qəzzaya hücumları davam edərkən, Çindən diqqət çəkən xəbərlər gəldi. Məşhur Çin rəqəmsal xəritə tətbiqləri və veb saytları İsrail adını platformalarından çıxarıb. Çin Baidu və Gaode kimi xəritəçəkmə proqramlarında bütün ölkələr öz adları və bayraqları ilə göstərilib. Ancaq İsrail və Fələstinə gəlincə, heç bir ad və bayraq qoyulmadığı görüldü. Bölgədə şəhər adları görünərkən, İsrail adının və bayrağının qaldırıldığı aydın oldu. Oxşar vəziyyət xəritəyə mobil telefon vasitəsilə daxil olarkən də müşahidə olunub. Məsələ ilə bağlı şirkətlərdən heç bir açıqlama verilməyib. Çin İsrail və Fələstin dövlətlərini rəsmən tanıyır. Pekin Fələstin probleminin həlli kimi iki dövlətli həllin tərəfdarıdır və Fələstin dövlətinin tanınmasına çağırır. Çin İsrailin Qəzzaya hücumlarına qarşı atəşkəsə çağırır.