Blinken Borellə Qəzzaya humanitar yardımı müzakirə edib

Blinken Borellə Qəzzaya humanitar yardımı müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borellə telefon danışığı aparlb.
Xeberlenti.com Apa-ya istinadən xəbər verir.

Blinken İsrail-Fələstin münaqişəsində İsrailin özünü müdafiə etmək hüququnun olduğunu bildirib.
“Mən mülki şəxslərin həyatını qorumaq, humanitar yardım çatdırmaq və əcnəbi vətəndaşların Qəzzanı təhlükəsiz tərk etmələrini təmin etmək kimi prioritetlərimizi vurğuladım”, -deyə vurğulanıb.

About Author