Noyabr ayının 2-si İran İslam Respublikasının sərhəd nümayəndəliyinin verdiyi məlumat əsasında müəyyən edilib ki, dövlət sərhəd xətti yaxınlığında, Azərbaycan Respublikası ərazisində narkotik vasitələr gizlədilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Xudafərin kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən həyata keçirilmiş axtarış tədbirləri nəticəsində 4 kiloqram 690 qram narkotik vasitə (4 kq 345 qr marixuana və 0.305 qr metamfetamin) aşkar olunaraq götürülüb.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.