“Terrorçular məhv edilib və qoşunlar üçün təhlükə aradan qaldırılıb”, – məlumatda deyilirİsrail Müdafiə Qüvvələri (IDF) cümə günü səhər saatlarında Qəzza zolağında silahlıların mövqelərinə hava və artilleriya zərbələri endirib.”Tandemdə quruda olan qüvvələr aviasiya və artilleriya aviazərbələrini istiqamətləndirib. Terrorçular məhv edilib və qoşunlar üçün təhlükə aradan qaldırılıb”, – məlumatda deyilir.İDF-nin məlumatına görə, Qolani briqadasının 13-cü batalyonunun əsgərləri və 53-cü batalyonun zirehli qoşunları Qəzza zolağı daxilində silahlılarla toqquşub.“Terrorçular onlara qarşı Tank əleyhinə raketlər atıb və bir sıra PUA-ları [əldə hazırlanmış partlayıcı qurğuları] işə salıblar”, – məlumatda deyilir.Oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhədə yaxın İsrail yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox, o cümlədən uşaq, qadın və qocaların girov götürülməsi ilə müşayiət olunan Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib. HƏMAS hücumu İsrailin Qüds Məbədi dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab kimi qiymətləndirir. İsrail Qəzza zolağının tam mühasirəyə alındığını elan edib və həmin əraziyə, Livan və Suriyanın bəzi hissələrinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də qarşıdurmalar gedir.Oktyabrın 27-də İDF-nin baş sözçüsü kontr-admiral Daniel Hagari İsrailin Qəzzaya qurudan hücumunu genişləndirdiyini açıqlayıb.