Dörd həftəlik müharibədən sonra təxmin edilən 2,7 milyon Qəzzalıdan bir yarım milyonu indi didərgin düşüb.
Bununla belə, Misirlə Rəfah sərhəd-keçid məntəqəsində cəmi 800-ə yaxın insanın – demək olar ki, hamısı ikili vətəndaş və bir neçə onlarla yaralının qaçmasına icazə verilib.
Qəzzanın İsrailin nəzarətində olan bütün digər sərhəd keçid məntəqələri bağlıdır.
Qəzza zolağında sıxışanların vəziyyəti də getdikcə pisləşir.
“Son bir neçə həftədə Qəzzanın uzunluğunu və genişliyini” səyahət etdiyini deyən Tomas Uayt buranı “ölüm və dağıntı səhnəsi” kimi xarakterizə etdi. Onun sözlərinə görə, indi heç bir yer təhlükəsiz deyil və insanlar həyatları, gələcəkləri və ailələrini dolandırmaq imkanlarından qorxurlar.