Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində vətəndaşa məxsus ikimərtəbəli iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə cəlb olun FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xəzər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində hər mərtəbəsi 84m² olmaqla ümumi sahəsi 168m² olan ikimərtəbəli obyektin 2-ci mərtəbəsində lambirdən ibarət tavan 54m² sahədə və ümumi sahəsi 68m² olan köməkçi tikilinin yanar konstruksiyaları 14m² sahədə yanıb.