Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın fəaliyyəti ilə bağlı İsveçin kifayət qədər addım atmadığını deyib.
Bu barədə Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında bildirib.
İsveçin NATO-ya üzvlüyü və Türkiyənin gözləntilərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlı sualı cavablandıran Ərdoğan: “Təəssüf ki, PKK terrorçularının İsveçdəki fəaliyyəti ilə bağlı indiyədək heç bir tədbir görülməyib. Amma biz mümkün qədər işi (İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası üzrə) asanlaşdırmağa çalışacağıq. Həmkarlarımız bizə müsbət yanaşdıqca, bu nöqtədə bacardığımız qədər müsbət səylər göstərməyə çalışacağıq”, – deyə bildirib.
Türkiyə Prezidenti deyib ki, bu məsələni İsveç Baş naziri Ulf Kristerssonla da müzakirə edib.
O əlavə edib ki, İsveçin NATO-ya üzvlük məsələsinin ratifikasiyası indi Türkiyə parlamentinin işidir.