XƏBƏRLENTİ

xeberlenti.com

Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəbdə 8 noyabr Zəfər günü və 9 noyabr Bayraq gününə həsr olunmuş tədbir keçirilib.

Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəbdə 8 noyabr Zəfər günü və 9 noyabr Bayraq gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə  Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin baş məsləhətçisi Mirzəyeva Cəmilə, məktəbin direktoru, müəllim və şagirdləri, valideynlər, şəhid ailələri iştirak edirdilər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi. Sonra tədbir ədəbi-bədii hissə ilə davam edib. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda müxtəlif kompozisiyalar, şeirlər, mahnılar səsləndirilib, rəqslər təqdim edilib.

About Author