Neftçalada 16 yaşına çatmayan şəxsə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən kişi intihar edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, 52 yaşlı A.Hüseynov paltar lifindən hazırladığı vasitə ilə gecə saat 4 radələrində həyatına qəsd edib.
Göstərilən tibbi müdaxilələrə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.
Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırma aparılır.