İsrail Müdafiə Ordusu Colan təpələrinə hücuma cavab olaraq Suriyadakı terror infrastrukturuna zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti özünün teleqram kanalında məlumat yayıb.
“Bir müddət əvvəl, dünən Colan təpələri istiqamətində edilən hücuma cavab olaraq, İsrail Müdafiə Ordusunun bölmələri Suriyadakı terror infrastrukturuna zərbələr endiriblər”, – deyə məlumatda qeyd edilib.