XƏBƏRLENTİ

xeberlenti.com

Xankəndi paradı Qarabağ Azərbaycandır! reallığını əyani şəkildə təsdiqlədi

Xankəndi paradı Qarabağ Azərbaycandır! reallığını əyani şəkildə təsdiqlədi.

Azərbaycan noyabrın 8-də, ölkədə qeyd olunan Zəfər Günü münasibətilə Xankəndi şəhərində hərbi parad keçirib.
Azərbaycanın dilbər guşəsi Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Ali Baş Komandanı İlham Əliyevin ailə üzvləri ilə birlikdə həmin paradda iştirak etməsi onun qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya sübut etdi. Dünya ictimaiyyəti bir daha Qarabağ Azərbaycandır! reallığının şahidi oldu. Silahlı Qüvvələrimizin parad heyətləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağını, ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarının Xankəndi şəhərinin mərkəzi meydanına gətirmələri hər bir soydaşımızı qürurlandırdı. Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı işğalçı erməni hərbi birləşmələrindən müsadirə olunmuş hərbi texnikaların kiçik bir qisminin qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirilməsi həm Ermənistana, həm də onun havadarlarına göz dağı oldu.
Zəfər Günü xalqımızın qürur, sevinc və qələbə günü olaraq qalacaq. Xalqımız daima bu günü təntənə ilə qeyd edəcək.

Pirverdiyeva Gülüş
YAP Qusar rayon təşkilatının fəal üzvü.

About Author