Zakir Həsənov italiyalı həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilbi ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.
Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.