XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var

Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib ki, hazırda regionda yaranan yeni reallıqlar qanunilik və legitimlik üzərinə qurulub.

“Biz artıq Ermənistan tərəfinə sülh müqaviləsinin yenidən işlənmiş beşinci variantını təqdim etmişik, amma iki aydan çox vaxt keçib ki, onlar hələ də cavab vermirlər”, – Prezidentin köməkçisi vurğulayıb.
O diqqətə çatdırıb ki, Bakı iki ölkə arasında qarşılıqlı təması dəstəkləyir və biz sülh razılaşmasına gəlməliyik. Digər tərəfdaşlar da bu razılaşmanı dəstəkləyə bilər.

About Author