XƏBƏRLENTİ

xeberlenti.com

Böyük Qayıdış: 122 ailə üçün mənzillərin püşkatması KEÇİRİLDİ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Xeberlenti.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad ermiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Milli Məclisin deputatları, ərazisi işğaldan azad olunmuş rayonların icra hakimiyyətlərinin rəsmiləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri, QHT nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, davamlı inkişafı və məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi kimi şərəfli vəzifə durur. Diqqətə çatdılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva  onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf  məsələlərinin həllini daim diqqətdə saxlayır.

Böyük Qayıdış üzrə I Dövlət Proqramı çərçivəsində Füzulidə tikilən yaşayış məhəllələrinə, növbəti mərhələdə, 122 ailə (461) nəfər köçürüləcəyini vurğulayan sədr müavini bununla da, şəhərdə 380 ailənin (1389 nəfər) daimi məskunlaşacağını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Füzulidə məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur yaradılıb. Qeyd edilib ki, məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.

About Author