XƏBƏRLENTİ

xeberlenti.com

Tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır.

Bunu Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr tarixli qərarı ilə bağlı münasibətində qeyd edib.
Vurğulanıb ki, sözügedən qərar Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını hüquqi müstəvidə bir daha təkzib etdi.
“Ölkəmizə qarşı müxtəlif platformalarda irəli sürülən ittihamyönümlü fikirlərin əksəriyyəti Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməklə yanaşı, bu fikirlərin hər hansı faktoloji əsasının olmaması bir daha təsdiq olunub”, – Səbinə Əliyeva qeyd edib.

Həmçinin diqqətə çatdırılıb ki, erməni əsilli sakinlərin reinteqrasiyası istiqamətində əməli addımlar atılır.

About Author