XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan nefti bahalaşdı

Noyabrın 20-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,19 dollar bahalaşaraq 86,86 dollar olub.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,27 dollar bahalaşaraq 85,13 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 3,23 dollar bahalaşaraq 69,17 dollar olub.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin bir barelinin qiyməti noyabrın 20-də 3,25 dollar bahalaşaraq 83,33 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

About Author