XƏBƏRLENTİ

xeberlenti.com

Hakan Fidan Britaniya və Fransaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniya və Fransaya səfər edəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün nazir Hakan Fidan Londona və Parisə səfər edəcək.

“Noyabrın 11-də Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının birgə zirvə toplantısı Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriya xarici işlər nazirlərinə Qəzzada müharibənin dayandırılması və davamlı sülh əldə etmək istiqamətində tədbirlər görməyi tapşırıb. Nazir Hakan Fidan bu ortaq diplomatik səylər çərçivəsində görüşlər keçirmək üçün 22 noyabr 2023-cü il tarixində London və Parisə səfər edəcək”, – məlumatda bildirilib.

About Author