XƏBƏRLENTİ

xeberlenti.com

Prezident: Azərbaycan-BP əməkdaşlığı bərpaolunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyub

BP şirkətinin uzun illər bundan əvvəl Azərbaycanda fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafında və respublikamızda investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayıb.

Xeberlenti.com  Apa- ya istinadən xəbər verir ki xəbər, bu barədə Prezident İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edərkən bildirib.

Dövlət başçısı hazırda Azərbaycan-BP əməkdaşlığının bərpaolunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyduğunu deyib və bunun region üçün çox gözəl nümunə olduğunu bildirib.

About Author