XƏBƏRLENTİ

xeberlenti.com

Riyaziyyatı “daha asan” necə öyrənmək olar?

Bir çox tələbələr riyaziyyata qorxuyla yanaşır, “mən bacarmıram” deyərək uğur qazana bilmirlər. Ancaq həyatın hər sahəsində mövcud olan riyaziyyatı sevmək üçün oyunlar vasitəsilə öyrənmək və real həyat problemlərini həll etmək çox faydalıdır. Riyaziyyat şagirdlərin əksəriyyətinin məktəb həyatı boyu anlamaqda çətinlik çəkdiyi və akademik uğurlarının aşağı olduğu əsas fənlərdən biridir. Bu vəziyyət imtahanlarda da özünü göstərir. Həyatın hər sahəsində olan riyaziyyat sevgi ilə öyrənilə bilən bir dərsdir. Psixoloq bildirir ki, şagirdlər bu neqativ emosiyaları bir kənara atıb gündəlik həyat rutinlərinə qısaca nəzər salsalar, düşündükləri qədər çətin və həlli mümkün olmayan bir problemlə üzləşmədiklərini anlayacaqlar. Uşaqların ön mühakimələrini qırmaq və riyazi bacarıqlarını artırmaq üçün ehtiyaclarının real olduğunu  göstərmək lazımdır. Uşaqların real həyatdan yaşadıqları və ya yaşaya biləcəkləri ehtiyac vəziyyətləri seçilməlidir. Məsələn, özünə oyun evi tikəcək uşaq təcrübə ilə uzunluq vahidlərini, uzunluq ölçmə alətlərini, sahə və həcm ölçmələrini öyrənəcək və problem öz ehtiyaclarından irəli gəldiyi üçün prosesdə aktiv qalaraq üsullar kəşf  etəcək, beləliklə həm bilik əldə etmək, həm də analitik düşünmə bacarıqlarını inkişaf etdirəcək.

 

 

About Author