XƏBƏRLENTİ

xeberlenti.com

Türkiyə 2024-cü ildə Avropada ən çox turist qəbul edən ikinci ölkə olmağa namizəddir

Türkiyə pandemiyadan sonra ziyarətçi sayında 70 faiz artım yaşadı2023-cü ildə turizmin inkişafı ilə Avropanın ziyarətçi sayı nəhayət pandemiyadan əvvəlki səviyyəyə çatdı. Dünya Səyahət Bazarının iqtisadiyyat şirkəti Tourism Economy ilə birlikdə bu yaxınlarda dərc etdiyi Qlobal Səyahət Hesabatına görə, Türkiyə ziyarətçi sayında təəccüblü bir artım yaşayıb. Hesabata görə, Türkiyənin 2024-cü ildə Avropanın ən çox ziyarət edilən ikinci ölkəsi olaraq Fransanı geridə qoyacağı təxmin edilir. Avropaya səfərlərin ümumi sayı 3 faiz azalaraq 2019-cu ildəki 440 milyondan 2023-cü ildə 428 milyona düşüb. Ancaq Türkiyədə bu rəqəmlər artmaqdadır.2019-cu illə müqayisədə ölkəyə gələnlərin sayında 73 faiz artım qeydə alınıb.

About Author