BMT Təhlükəsizlik Şurasının İsrail və HAMAS-la bağlı sessiyası keçiriləcək.
Xeberlenti.com Apa-ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat brifinqində deyib.O bildirib ki, Çin xarici işlər naziri Van İ BMT Təhlükəsizlik Şurasının İsrail və HAMAS-la bağlı noyabrın 29-da keçiriləcək sessiyasına sədrlik etmək üçün Nyu-Yorka gedəcək.
“Çin ümid edir ki, bu görüşə sədrlik edərək atəşkəsin reallaşmasına kömək etmək üçün öz üzərinə düşəni edə bilər”, – XİN sözçüsü qeyd edib.